USD 1.7
4 °C

Bakıda “Lujo Bodrum” hotelinin təqdimatı keçirilib – FOTOLAR

Fevral 1, 2025 16:18 / 189
Bakıda “Lujo Bodrum” hotelinin təqdimatı keçirilib – FOTOLAR
A-
A
A+

Bakıda “Tangiers Travel” şirkətinin təşkilatçılığı ilə Türkiyənin ən gözəl hotellərindən biri hesab edilən “Lujo Bodrum” hotelinin təqdimat mərasimi keçirilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, Juno restoranında baş tutan tədbiri “Tangiers Travel” şirkətinin rəhbəri  Nazar Zeynalov açıb. O, qeyd edib ki, illərdir Azərbaycan bazarında fəaliyyət göstərən və lüks xidmətlər təklif edən “Tangiers Travel” DMC bu il də ənənəvi olaraq yerli şirkətlərə yüksək xidmət və sərfəli qiymətlər təklif edəcək.

Daha sonra “Lujo Bodrum” hotelinin satış direktoru Ahmet Yıldız ümumi yeniliklər, yeni açılmış villalar və mövsümdə görüləcək işlər barədə məlumatlar verib.

Tədbir ulduzların iştirakı ilə keçən qala gecəsi və müsabiqələrlə davam edib.

Qeyd edək ki, tədbirdə 100-ə yaxın yerli turizm agentliyinin nümayəndəsi iştirak edib.

Oxşar xəbərlər