Bakı Turizm Peşə Məktəbi bir sıra ixtisaslar üzrə müəllim vakansiyaları elan edib – İŞ VAR

Sentyabr 1, 2026 14:01 / 40
Bakı Turizm Peşə Məktəbi bir sıra ixtisaslar üzrə müəllim vakansiyaları elan edib – İŞ VAR
A-
A
A+

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi publik hüquqi şəxsi bir sıra ixtisaslar üzrə müəllim vakansiyaları elan edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, vakansiyalar aşağıdakı ixtisaslar üzrədir:

Turizm təşkilatçısı;
Qrafik dizayner;
Aşpaz;
Bərbər, vizajist-manikürçü.

Namizədlərdən ali təhsil, Azərbaycan, rus və ingilis dillərini bilmək, pedaqoji bacarıq və yaxşı ünsiyyət qabiliyyəti tələb olunur. Eyni zamanda, namizədlərin 25-45 yaş aralığında olması, ixtisas, pedaqogika və metodika sahəsində yüksək biliklərə malik olması gözlənilir.

Müəllimlərin əsas vəzifələri sırasında tələbələrə təlim məşğələlərinin keçirilməsi, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanması, tədris intizamı və davamiyyətə nəzarət, həmçinin peşəkar inkişaf və etik davranış qaydalarına riayət edilməsi yer alır.

Müvafiq tələblərə cavab verən namizədlər müraciət etdikləri ixtisası mövzu hissəsində qeyd etməklə CV-lərini info@btpm.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə telefonları:
012-561-97-87
012-561-79-52

Oxşar xəbərlər