Azərbaycanlı turizm nümayəndələri Əbu-Dabidə tanışlıq səfərində iştirak ediblər

Noyabr 24, 2026 13:08 / 47
Azərbaycanlı turizm nümayəndələri Əbu-Dabidə tanışlıq səfərində iştirak ediblər
A-
A
A+

15–20 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə turizm sahəsi üzrə tanışlıq səfəri (FAM Trip) təşkil olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Air Arabia” aviaşirkətinin təşkilatçılığı və Abu Dhabi Turizm Departamentinin dəstəyi ilə keçirilən səfər çərçivəsində iştirakçılar şəhərin turizm infrastrukturu, hotelləri, əyləncə mərkəzləri və mədəniyyət obyektləri ilə yaxından tanış olublar.

Altı günlük proqram çərçivəsində Əbu-Dabinin aparıcı hotellərinə baxışlar keçirilib, onların yerləşmə imkanları, xidmət konsepsiyaları və turistlər üçün təqdim etdikləri imkanlar barədə məlumat verilib.

İştirakçılar “Hilton Abu Dhabi Yas Island”, “Fairmont Bab Al Bahr”, “Rixos Premium Saadiyat”, “Shangri-La Qaryat Al Beri”, “Al Raha Beach Hotel”, “The Ritz-Carlton Abu Dhabi, Grand Canal”, “The Biltmore Bab Al Qasr”, “Rixos Marina Abu Dhabi” və “Conrad Abu Dhabi Etihad Towers” kimi hotellərlə tanış olublar.

Səfərin diqqətçəkən məqamlarından biri Əbu-Dabinin məşhur əyləncə parklarının ziyarəti olub. İştirakçılar “SeaWorld Abu Dhabi” və “Ferrari World Abu Dhabi” komplekslərində təqdim olunan turizm məhsulları və əyləncə imkanları ilə tanış olublar.

Proqramın mədəniyyət hissəsində isə “teamLab Phenomena Abu Dhabi”, Əbu-Dabi Təbiət Tarixi Muzeyi, Zayed Milli Muzeyi, Şeyx Zayed Böyük Məscidi və “Qasr Al Watan” Prezident Sarayı ziyarət edilib.

Bundan əlavə, iştirakçılar “Etihad Towers” kompleksinin 74-cü mərtəbəsində yerləşən “Observation Deck at 300” müşahidə meydançasından şəhərin panoramik mənzərəsini izləmək imkanı qazanıblar.

Tanışlıq səfəri zamanı hotel rəhbərləri ilə işgüzar görüşlər də keçirilib, Əbu-Dabinin istirahət, ailəvi səyahət, mədəniyyət və işgüzar turizm istiqamətləri üzrə potensialı təqdim olunub.

Səfər noyabrın 20-də “Air Arabia” aviaşirkətinin Əbu-Dabi–Bakı reysi ilə başa çatıb.

Oxşar xəbərlər