USD 1.7
20 °C

Azərbaycanın turizm imkanları Yaxın Şərq ölkələrində silsilə tədbirlərlə tanıdılır

İyun 13, 2024 12:01 / 153
Azərbaycanın turizm imkanları Yaxın Şərq ölkələrində silsilə tədbirlərlə tanıdılır
A-
A
A+

Azərbaycan Turizm Bürosu 11-14 iyun tarixlərində “Dnata” şirkətinin təşkil etdiyi “Ahlan Arabia” adlı silsilə tədbirlərdə iştirak edir.

cbx-add

DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, silsilə tədbirlər Küveyt, Qətərin Doha və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərində keçirilir.

Tədbirlər çərçivəsində B2B və B2C formatlı görüşlər təşkil olunub.

DTA

İkitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədilə keçirilən görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın digər bölgələri, əsasən yay və qış mövsümü haqqında məlumat yerli turizm şirkətlərinə təqdim olunub.

Bundan əlavə, iştirakçılara Azərbaycanda mövcud olan sağlamlıq turizmi obyektləri və müalicəvi kurortlar, ekoturizm, qastronomiya kimi turizm məhsulları haqda məlumat verilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 81 075 nəfər səfər edib ki, bu da ötən illə müqayisədə 39%-dən çox artımdır.

DTA

Oxşar xəbərlər