Azərbaycanda turizm üçün yeni viza və hava nəqliyyatı mexanizmləri tətbiq ediləcək

Avqust 20, 2026 17:01 / 47
Azərbaycanda turizm üçün yeni viza və hava nəqliyyatı mexanizmləri tətbiq ediləcək
A-
A
A+

Azərbaycan Respublikasında turizmin inkişafına dair yeni Dövlət Proqramı çərçivəsində gəlmə turizmin təşviqi, hava nəqliyyatı ilə sərnişindaşıma və viza siyasətinin turizm məqsədləri ilə daha sıx əlaqələndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçiriləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, proqramda Azərbaycan Respublikasında hava nəqliyyatı ilə sərnişindaşıma və turizm siyasətinin uzlaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Turizmplus.az bildirir ki, sənəddə Azərbaycanın hədəf turizm bazarlarından gəlmə turizmi artırmaq məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayının artırılması da əsas tədbirlər sırasında yer alır.

Bununla yanaşı, gəlmə turizmi məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosesinin təkmilləşdirilməsi, eləcə də elektron viza, o cümlədən sərhəddə viza rejimi tətbiq edilən ölkələrin sayının artırılması planlaşdırılır.

Dövlət Proqramında turistlərin ölkəyə səfər imkanlarının genişləndirilməsi baxımından yeni “rəqəmsal səyyah” viza altnövünün təsis edilməsi də nəzərdə tutulub.

Yeni mexanizmlərin tətbiqi nəticəsində Azərbaycana gələn turistlərin viza prosedurlarının sadələşdirilməsi, ölkənin müxtəlif turizm bazarları üçün daha əlçatan istiqamətə çevrilməsi və gəlmə turizmin həcminin artırılması hədəflənir.

Sənəddə, həmçinin turizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafına töhfəsinin artırılması və turizmlə əlaqəli iqtisadi sahələrin inkişaf siyasətləri ilə qarşılıqlı əlaqələndirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər