Azərbaycan İzmir Beynəlxalq Tibbi Turizm Sərgisində təmsil edilib
5-7 dekabr tarixlərində Türkiyədə, İzmir Beynəlxalq Tibbi Turizm Sərgisi keçirilib. İzmir Bələdiyyəsi və İzmir Ticarət Odası tərəfindən birgə təşkil edilən sərgidə Azərbaycan da geniş nümayəndə heyəti ilə təmsil olunub.
Bu barədə Turizmplus.az saytına Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev bildirib.
Sərginin ikinci günü B&B görüşlərlə davam edib. Daha sonra İzmirdə fəaliyyət göstərən sağlıq quruluşlarına ziyarət edilib. Sərgidə Qlobal Sağlamlıq Turizmi Şurasının üzvləri də yaxından iştirak edib.
Qeyd edək ki, xdünyanın müxtəlif ölkələrinin sağlıq turizmi təmsilçilərinin görüş yeri olmaqla, bu il bir çox sağlamlıq turizmi müəssisəsini bir araya gətirib.