AZAL yenidən Bakı – Ər-Riyad reyslərini TƏXİRƏ SALDI

Mart 19, 2026 12:47 / 52
AZAL yenidən Bakı – Ər-Riyad reyslərini TƏXİRƏ SALDI
A-
A
A+

Azərbaycan Hava Yolları (AZAL) Bakı – Ər-Riyad – Bakı istiqaməti üzrə planlaşdırılan bəzi uçuşların təxirə salındığını açıqlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, J2 8203 və J2 8204 nömrəli reyslər 21 mart tarixinədək müvəqqəti olaraq həyata keçirilməyəcək.

Aviaşirkət tərəfindən sərnişinlərə bu dəyişikliklə bağlı məlumatlandırma aparılması və zəruri tədbirlərin görülməsi tövsiyə olunur.

Qeyd olunub ki, təxirə salınmış uçuşlara bileti olan sərnişinlər üçün involuntary qaydada dəyişiklik və ya geri qaytarma imkanları təqdim edilir.

Belə ki:

  • Cəriməsiz tarix dəyişikliyi ilkin uçuş tarixindən etibarən 14 gün sonrakı tarixlərədək mümkündür

  • Biletlərin tam qaytarılması da həyata keçirilə bilər

Sərnişinlərə əlavə məlumat üçün aviaşirkət və ya turizm agentlikləri ilə əlaqə saxlamaq tövsiyə olunur.

Oxşar xəbərlər