USD 1.7
25 °C

AZAL-ın Moskvaya bu uçuşları təxirə salındı

May 8, 2025 14:57 / 226
AZAL-ın Moskvaya bu uçuşları təxirə salındı
A-
A
A+

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

“AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər”, – deyə aviaşirkət bəyan edib.

Oxşar xəbərlər