Azərbaycandan Rusiyanın daha 3 şəhərinə – Saratov, Nijni Novqoroq və Vladiqafqaza sabahdan uçuşlar dayandırılır.
Turizmplus.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Hava Yolları” aviaşirkəti yayıb.
Qeyd edək ki, sabahdan Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına da uçuşlar dayandırılır:
• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara
Dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.