Milli aviadaşıyıcı yeni iş imkanları təqdim edir.
Turizmplus.az xəbər verir ki, Azərbaycan Hava Yolları (AZAL) müxtəlif istiqamətlər üzrə vakansiyalar elan edib.
Açıqlamaya əsasən, aşağıdakı vəzifələr üzrə işə qəbul aparılır:
- Satınalma şöbəsi üzrə aparıcı mütəxəssis
- Gəlirlərin optimallaşdırılması üzrə aparıcı analitik
- Aparıcı mühasib (hesabatlıq üzrə)
- Aparıcı data mühəndisi
- Verilənlər bazasının administratoru
Bildirilib ki, namizədlər aviaşirkətin rəsmi saytının “Karyera” bölməsi vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, AZAL-da elan olunan vakansiyalar əsasən maliyyə, analitika və informasiya texnologiyaları sahələrini əhatə edir.

