USD 1.7
14 °C

AZAL aviakassirlərə hansı nominasiyalara görə hədiyyə verəcək? – MƏLUMAT

Noyabr 22, 2024 12:04 / 137
AZAL aviakassirlərə hansı nominasiyalara görə hədiyyə verəcək? – MƏLUMAT
A-
A
A+

“Azərbaycan Hava Yolları”nın 4-cü rüb üzrə aviakassirlər üçün nəzərdə tutulan motivasiya proqramı davam edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, motivasiya proqramına əsasən aşağıda göstərilən nominasiyalar üzrə qaliblər müəyyən ediləcək:

– Maldiv istiqamətində ən çox aviabilet satışı edən;

– Berlin istiqamətində ən çox aviabilet satışı edən;

– Vyana istiqamətində ən çox aviabilet satışı edən;

– Ən çox biznes sinif aviabileti satışı edən;

– Ən çox premium ekonom sinif aviabileti satışı edən.

Göstərilən nominasiyaların hər birinin qalibi üçün AZAL ilə istənilən istiqamətdə gediş-dönüş bileti hədiyyə olaraq veriləcəkdir.

Qeyd: Hər bir GDS sistemindən yazılan aviabiletlər hesablanacaqdır və həmin şəxs həmin nominasiya üzrə minimal olaraq 50 aviabilet satışı etməlidir. (Aviabilet istifadə olunmalıdır)

 

Oxşar xəbərlər