Astarada Eko Festival keçiriləcək – MƏLUMAT

Oktyabr 28, 2025 12:09 / 105
Astarada Eko Festival keçiriləcək – MƏLUMAT
A-
A
A+

8 noyabr tarixində Astarada “Eko Festival” keçiriləcək. Tədbir Astara Bulvarında baş tutacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, Festival çərçivəsində yerli məhsullar sərgilənəcək, ekoloji təmizlik mövzusunda maarifləndirici fəaliyyətlər həyata keçiriləcək. Ziyarətçiləri canlı musiqi proqramı, əyləncəli yarışlar və regionun sitrus məhsullarından ibarət dadım zonası gözləyir.

“Eko Festival”ın məqsədi bölgənin ekoturizm potensialını tanıtmaq, yerli icmaları ekoloji dəyərlərin qorunmasına təşviq etmək və turizmin inkişafına dəstək olmaqdır.

Tədbir gün ərzində Astara Bulvarında müxtəlif interaktiv proqramlarla davam edəcək.

Oxşar xəbərlər