USD 1.7
4 °C

Artıq bələdçilər və hotellər də Trippost-dan qeydiyyatdan keçə bilər

Yanvar 30, 2025 16:38 / 131
Artıq bələdçilər və hotellər də Trippost-dan qeydiyyatdan keçə bilər
A-
A
A+

Xəbər verdiyimiz kimi, fevral ayından etibarən Azərbaycanın Milli Səyahət Platforması – Trippost.az fəaliyyətə başlayacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, bir neçə gündür turizm şirkətləri üçün qeydiyyat başlanıb. Artıq 50-dən artıq yerli şirkət qeydiyyatdan keçib.

Bu gündən etibarən yerləşmə müəssisələri və bələdçilər üçün də qeydiyyat açılıb.

QEYDİYYAT ÜÇÜN KLİKLƏYİN

Qeyd edək ki, bu platformada Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər və restoranlar barədə digər istifadəçilərin bölüşdüyü fikirləri, qiymətləndirməni və çəkdiyi fotoları görə bilərsiniz.

İstifadəçilər tərəfindən yazılan şərhlər və verilən ballara uyğun olaraq turizm şirkətləri, hotellər, bələdçilər və restoranların reytinq cədvəli hazırlanacaq və hər kəsə açıq nümayiş etdiriləcək.

Bundan əlavə platforma ziyarətçiləri turizm şirkətlərinin qaynar və endirimdə olan turları ilə tanış ola, yaradıcı insanlar onlayn mağazada turistlərə aid hədiyyələrin satışını həyata keçirə, səyahətə yollanan insanlar özlərinə həmin tarixlərdə yol yoldaşı tapa, səyahətdən sonra səfərləri barədə yazılarını blogda paylaşa bilərlər.

Oxşar xəbərlər