Bakıdan BƏƏ-nin Şarja şəhərinə həyata keçiriləcək uçuşların yeni başlanma tarixləri məlum olub.
Aviaşirkətdən Turizmplus.az saytına verilən xəbərə görə, G9305/306 nömrəli reyslər 21 may 2026-cı il tarixindən, G9300/301 nömrəli reyslər isə 28 may 2026-cı il tarixindən etibarən icra olunacaq.
Qeyd edək ki, rəsmi məlumata əsasən bu istiqamət üzrə uçuşların ilkin olaraq 15 may tarixində başlaması planlaşdırılırdı. Lakin son dəyişikliklərə uyğun olaraq reyslərin başlanma vaxtı irəli çəkilib.

