USD 1.7
28 °C

Abituriyentlər üçün martın 10-da keçirilmiş imtahanın nəticələri bu tarixdə AÇIQLANACAQ

Aprel 8, 2024 16:05 / 47
Abituriyentlər üçün martın 10-da keçirilmiş imtahanın nəticələri bu tarixdə AÇIQLANACAQ
A-
A
A+

Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

“Mediaplus” xəbər verir ki, XI sinif üzrə 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin 15 – 19 aprel tarixləri ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Ağdam, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Laçın (şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbləri), Qax, Balakən, Zaqatala, Quba, Xızı və Qusar şəhər və rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Oxşar xəbərlər