İspaniya bu il 100 milyon xarici turist qəbul etməyə hazırlaşır

İyul 10, 2026 16:43 / 26
İspaniya bu il 100 milyon xarici turist qəbul etməyə hazırlaşır
A-
A
A+

İspaniya 2026-cı ildə rekord sayda – 100 milyon xarici turist qəbul etməyə hazırlaşır.

cbx-add

Turizmplus.az xəbər verir ki, ölkənin turizm naziri Jordi Hereunun sözlərinə görə, mövcud artım tempi davam edərsə, ilin sonuna qədər bu göstəriciyə nail olunacaq.

Proqnozlara əsasən, iyun-sentyabr aylarında İspaniyaya 43 milyona yaxın beynəlxalq turistin səfər edəcəyi gözlənilir. Həmin dövrdə turizm sektorunun ölkə iqtisadiyyatına təxminən 64 milyard avro gəlir qazandıracağı proqnozlaşdırılır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.

İspaniya hökuməti turist axınının yalnız məşhur sahil şəhərlərində cəmləşməsinin qarşısını almaq üçün ölkənin daxili və kənd bölgələrinin turizm potensialının tanıdılmasına da xüsusi diqqət ayırır. Xüsusilə avqust ayında baş tutacaq tam Günəş tutulmasının müşahidə ediləcəyi bölgələrə marağın artdığı bildirilir.

Qeyd edək ki, İspaniya hazırda Fransadan sonra dünyanın ən çox ziyarət olunan ikinci ölkəsi hesab olunur və turizm ölkə iqtisadiyyatının əsas hərəkətverici sahələrindən biridir.

Oxşar xəbərlər