ATAA üzvləri “Shamakhi Palace Sharadil” hotelində – İNFO-TUR
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və “Shamakhi Palace Sharadil” hotelinin birgə təşəbbüsü ilə gəlmə turizmi ilə məşğul olan 30 ATAA üzvü üçün tanıtım məqsədli info-tur təşkil olunub.
Turizmplus.az təşkilata istinadən xəbər verir ki, info-tur çərçivəsində iştirakçılar hotelin yerləşmə və xidmət imkanları, istirahət və əyləncə zonaları, həmçinin mövcud infrastrukturla yaxından tanış olublar.
Bununla yanaşı, ATAA üzvləri ilə hotel rəhbərliyi arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, eləcə də mövsümi və qrup rezervasiyalarına dair xüsusi qiymət təklifləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
İnfoturun məqsədi regionda turizm məhsullarının tanıdılması və gəlmə turizm axınının artırılmasına dəstək göstərmək olub.

