AZAL-ın həyata keçirdiyi bir sıra beynəlxalq istiqamətlər üzrə planlaşdırılan uçuşlar müvəqqəti olaraq təxirə salınıb.
Turizmplus.az xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar aşağıdakı marşrutlar üzrə reyslərdə dəyişiklik edilib:
• Bakı – Ər-Riyad – Bakı
• Bakı – Dubay – Bakı
• Bakı – Dammam – Bakı
Qeyd olunan istiqamətlər üzrə uçuşlar 10 aprel tarixinədək təxirə salınıb.
Sərnişinlərə uçuşlarla bağlı yenilikləri mütəmadi izləmələri, eləcə də dəyişikliklər üçün aviaşirkətlər və ya turizm agentlikləri ilə əlaqə saxlamaları tövsiyə olunur.
Aidiyyəti qurumlar tərəfindən tərəfdaşlardan sərnişinlərin vaxtında məlumatlandırılması və zəruri tədbirlərin görülməsi xahiş edilib.

