Serbiyanın “Air Serbia” aviaşirkəti Belqrad–Bakı arasında birbaşa uçuşlara başlayır.
Turizmplus.az “Operativ Media”ya istinadən xəbər verir ki, aviaşirkət mayın 3-dən etibarən Belqrad və Bakı arasında birbaşa uçuşlar həyata keçirəcək.
Bilet qiymətləri Bakıdan Belqrada 150 avro, Belqraddan Bakıya isə 134 avro təşkil edir.
Qeyd edək ki, uçuş müddəti təxminən 3 saat 35 dəqiqədir.

