Turizm sahəsində yeni təkliflər: bələdçilərə məcburi sertifikasiya və nəqliyyat infrastrukturu müzakirədə

Fevral 28, 2026 16:01 / 71
Turizm sahəsində yeni təkliflər: bələdçilərə məcburi sertifikasiya və nəqliyyat infrastrukturu müzakirədə
A-
A
A+

“Belə ki, sertifikasiyanın könüllü deyil, məcburi qaydada həyata keçirilməsi, bələdçi fəaliyyətinin yalnız Azərbaycan Respublikasının vətəndaşlarına verilməsi məqsədəuyğun hesab olunur”.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu sözləri millət vəkili Göydəniz Qəhrəmanov fevralın 27-də parlamentdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmə zamanı qeyd edib.

“Bu, həm milli maraqların qorunmasına, həm də turistlərə təqdim olunan məlumatların keyfiyyətinə və etibarlılığına xidmət edər. Eyni zamanda, ekskursiya fəaliyyəti ilə məşğul olan subyektlər üçün vahid ekskursiya mətninə və standartlara riayət olunması vacibdir”, – deyə millət vəkili bildirib.

Göydəniz Qəhrəmanov turist daşıyan nəqliyyat vasitələri ilə bağlı məsələyə toxunub:

“Turist daşıyan nəqliyyat vasitələri üçün xüsusi dayanacaq yerlərinin yaradılması şəhər infrastrukturunun səmərəli təşkili, yol hərəkətinin təhlükəsizliyi və turistlərin rahatlığı baxımından mühüm əhəmiyyət kəsb edir”.

Oxşar xəbərlər