“Jeluxe Travel” səyahətçilər üçün peşəkar və əyləncəli Doha turlarına davam edir – FOTOLAR

Yanvar 22, 2026 12:10 / 200
“Jeluxe Travel” səyahətçilər üçün peşəkar və əyləncəli Doha turlarına davam edir – FOTOLAR
A-
A
A+

Turizm sahəsində formalaşmış ənənəyə və yüksək xidmət prinsiplərinə sadiq qalan Jeluxe Travel tərəfindən 18–22 yanvar tarixlərini əhatə edən Doha (Qətər) qrup turu uğurla təşkil olunub və hazırda davam edir. 38 nəfərlik qrup ilə həyata keçirilən tur çərçivəsində iştirakçılar Dohanın əsas görməli və gəzməli məkanlarını ziyarət edir, şəhərin zəngin tarixi, müasir memarlığı, mədəni irsi və gündəlik həyat tərzi ilə yaxından tanış olurlar.

cbx-add

Turizmplus.az xəbər verir ki, proqram çərçivəsində qrup artıq şəhərin bir sıra tanınmış məkanlarını ziyarət edib. Marşruta Corniche sahil zolağı, İslam İncəsənəti Muzeyi (MIA), Mina District Doha Port, Qanat Quarter, Katara Cultural Village, The Pearl City, Lusail Moon Tower, Villaggio Mall və Souq Waqif kimi Doha turizminin əsas nöqtələri daxildir. Tur proqramı iştirakçıların həm rahat istirahətini, həm də dolğun məlumat və real səyahət təcrübəsi əldə etməsini təmin edəcək şəkildə planlaşdırılıb.

Tur müddətində qrup peşəkar və təcrübəli qrup rəhbəri tərəfindən idarə olunur. Qrup rəhbəri Dohanın və Qətərin tarixi, mədəniyyəti və müasir həyatı haqqında ətraflı və maraqlı məlumatlar təqdim edir, turun proqram üzrə vaxtında icrasına nəzarət edir, iştirakçıların sual və istəklərinə operativ cavab verir, eyni zamanda hər bir turistin təhlükəsizliyi və komfortunu ön planda saxlayır. Bu yanaşma iştirakçıların səyahət boyu özlərini etibarlı mühitdə hiss etməsinə şərait yaradır.

Qonaqlar üçün aviabilet, otel yerləşməsi, səhər yeməyi, transfer və sığorta daxil olmaqla bütün əsas xidmətlər təmin olunub. Tur çərçivəsində iştirakçıları axşam saatlarında təşkil olunan cruise proqramı, həmçinin istəyə uyğun olaraq gənclər üçün xüsusi əyləncə proqramı da gözləyir.

Qrup mədəni, pozitiv və qarşılıqlı hörmət prinsiplərinə sadiq iştirakçılardan formalaşıb. Bu da turun ümumi atmosferinə xüsusi ahəng qatır. Xoş ünsiyyət və rahat mühit Jeluxe Travel tərəfindən təşkil olunan qrup turlarının əsas fərqləndirici xüsusiyyətlərindəndir.

Jeluxe Travel turizm bazarında müxtəlif istiqamətlər üzrə planlı və sistemli qrup turları, peşəkar qrup rəhbərliyi və şəffaf proqramları ilə tanınan etibarlı brend kimi fəaliyyət göstərir. Şirkətin fəaliyyətində əsas prioritetlər təhlükəsizlik, keyfiyyətli xidmət, düzgün planlama və müştəri məmnuniyyətidir.

Yaxın tarixli qrup turları

  • 13–17 fevral – Dubay Qrup Turu (Sevgililər Gününə özəl proqram)

  • 21–28 mart – Özbəkistan Qrup Turu

  • 11–18 aprel – Avropa Qrup Turu

  • 26–30 aprel – Doha Qrup Turu

Bütün turlar peşəkar qrup rəhbərliyi ilə həyata keçirilir. Qeydiyyat davam edir.

Oxşar xəbərlər