Dubay hotellərində MÜHÜM YENİLİK: Təmassız check-in

Dekabr 11, 2025 17:12 / 175
Dubay hotellərində MÜHÜM YENİLİK: Təmassız check-in
A-
A
A+

Dubay əmirliyində yerləşən hotellərdə fiziki qeydiyyat prosesini aradan qaldıran yenilikçi, bir dəfəlik temassız check-in sistemi tətbiq etməyə başlayıb. Yeni xidmət sayəsində qonaqlar kimlik və biometrik məlumatlarını əvvəlcədən mobil telefon vasitəsilə yükləyərək otelə gəldikdə resepsiyona yaxınlaşmadan birbaşa otaqlarına keçə biləcəklər.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Visit Dubai” tərəfindən hazırlanan rəqəmsal və biometrik texnologiya artıq şəhər üzrə bütün otel və kirayə mənzillərə inteqrasiya edilə bilir. Məlumatlar təhlükəsiz şəkildə saxlanılır və kimliyin müddəti bitənədək növbəti səfərlərdə də etibarlı sayılır. Bu isə üz tanıma vasitəsilə saniyələr ərzində təkrar qeydiyyat imkanı yaradır.

Visit Dubai-nın CEO-su İssam Kazim bildirib ki, yeni sistem turistlərin şəhərə gəldikləri andan etibarən prosesi xeyli sürətləndirəcək, otellərə isə qonaqlarla daha keyfiyyətli ünsiyyət qurmaq imkanı verəcək.

Sistem otellərdən kənarda — avtomobil icarəsi kimi digər turizm xidmətlərində də tətbiq oluna biləcək və şəhərin ümumi “ağıllı turizm” strategiyasına uyğun şəkildə inteqrasiya ediləcək. Bu yenilik, Dubai Hava Limanında pasport yoxlamasını saniyələrə endirən “ağıllı tunellər” kimi digər texnologiyaları da tamamlayır.

Hazırda Dubay 820 otel və otel tipli obyektlərlə regionun aparıcı turizm mərkəzlərindən biridir. 2025-ci ilin ilk 10 ayında şəhər 15,7 milyon beynəlxalq qonaq və 36,7 milyon gecələmə sayı qeydə alıb.

Oxşar xəbərlər