Shangri-La Bosphorus, İstanbul otelinin baş meneceri vəzifəsinə 30 ildən çox təcrübəyə malik Aykut Korkmaz təyin edilib.

Turizmplus.az xəbər verir ki, Korkmaz Türkiyə, Böyük Britaniya, Yaxın Şərq və Avropada, eləcə də Azərbaycanda yüksək rəhbər vəzifələrində çalışıb.
O, Hilton International Konya, Conrad International Cairo və Hilton London Tower Bridge otellərinin açılış proseslərində iştirak edib; həmçinin Hyatt Regency Istanbul (Grand Hyatt), Hilton Sharm Waterfalls Resort və Hilton London Kensington otellərində rəhbər vəzifələrdə çalışıb.
Hilton London Hyde Park və Hilton London Heathrow Airport otellərində menecer vəzifəsində fəaliyyət göstərdikdən sonra, Avropanın ən böyük Hilton konqres oteli olan Hilton Bomonti Otel və Konqres Mərkəzinin açılış komandasına qoşulub. Daha sonra Athenee Palace Hilton, Buxarest otelində və son yeddi il ərzində Hilton Bakıda baş menecer kimi çalışıb.