Aviapartner və “Jazeera Airways”in dəstəyi ilə yerli turizmçilər üçün Şri Lankaya info-tur keçirilir

Oktyabr 6, 2025 15:33 / 199
Aviapartner və “Jazeera Airways”in dəstəyi ilə yerli turizmçilər üçün Şri Lankaya info-tur keçirilir
A-
A
A+

Aviapartner-in dəstəyi, ölkəmizdə rəsmi şəkildə təmsil olunan Jazeera Airways aviaşirkəti və Voyager Group tur operatorunun təşkilatçılığı ilə Şri Lankaya info-tur səfəri davam edir. Səfərdə Azərbaycanın 10 aparıcı turizm agentliyinin nümayəndələri iştirak edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, proqram çərçivəsində iştirakçılara Şri Lankanın müxtəlif şəhərləri və turizm mərkəzləri — o cümlədən Pinnavela fillər qoruğu, Kandi şəhərində yerləşən Buddanın Dişi Məbədi, Dambulla mağara məbədi, Nuwara Eliya çay plantasiyaları, Ella bölgəsində 9 tağlı körpü və Hikkaduva, Bentota, Waskaduwa kimi məşhur kurort zonaları təqdim olunur.

Tur iştirakçıları həmçinin ölkənin lüks otelləri və kurort obyektlərində tanışlıq və inspeksiya səfərlərində iştirak edirlər. Ekskursiyalar zamanı Şri Lankanın zəngin mədəni irsi, təbiət gözəllikləri və turizm potensialı nümayiş olunur.

Səfər zamanı qrupun təhlükəsizliyi və rahatlığı üçün rusdilli peşəkar bələdçi və yerli koordinatorlar fəaliyyət göstərir. Proqram çərçivəsində turizm sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni istiqamətlərin təqdimatı və Azərbaycan bazarı üçün uyğun tur paketlərin hazırlanması da nəzərdə tutulub.

Aviapartner şirkətinin Azərbaycan təmsilçisi Zöhrab Əliyev səfərin məqsədini belə ifadə ediblər:

“Biz inanırıq ki, bu info-tur Azərbaycanın turizm bazarı üçün Şri Lankanın unikal imkanlarını daha yaxından tanıtmaqla gələcək əməkdaşlıqlara və yeni istiqamətlərin formalaşmasına töhfə verəcək.”

Info-turun iştirakçıları 11 oktyabr 2025-ci il tarixində Jazeera Airways-in J9552 reysi ilə ölkəyə geri dönəcəklər.

Oxşar xəbərlər