Fransa ilin ilk yarısında beynəlxalq turizmdən 37,3 milyard avro gəlir əldə edib

Fransa 2025-ci ilin ilk yarısında beynəlxalq turizmdən 37,3 milyard avro gəlir əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13,7 faiz artım deməkdir.

Turizmplus.az xəbər verir ki, rəqəmlərin yüksəlməsində Almaniya, ABŞ və Yaponiyadan gələn turistlərin sayında və xərclərində artım xüsusi rol oynayıb. İyul ayında Fransa’nın turizm gəlirləri 9 milyard avronu ötərək ötən ayla müqayisədə də artış göstərib.
Fransa hökuməti qarşıdakı illərdə turizmdən illik gəlirləri daha da artırmağı hədəfləyir. 2030-a qədər məqsəd beynəlxalq turizm gəlirlərini 100 milyard avro səviyyəsinə çatdırmaqdır. Bunun üçün ölkədə yeni marketinq kampaniyaları, infrastruktur layihələri və ekoturizm təşəbbüsləri həyata keçirilir.
Ekspertlər bildirirlər ki, turizm gəlirlərində artım ölkə iqtisadiyyatına və məşğulluğa ciddi təsir göstərsə də, yüksək qiymətlər və turist sıxlığı Fransa turizmi üçün gələcək çağırış olaraq qalır.