Pegasus Hava Yolları 2025-ci ilin ilk yarısında 20 milyona yaxın sərnişin daşıyıb

İyul 17, 2025 12:23 / 222
Pegasus Hava Yolları 2025-ci ilin ilk yarısında 20 milyona yaxın sərnişin daşıyıb
A-
A
A+

Pegasus Hava Yolları 2025-ci ilin yanvar-iyun aylarını əhatə edən dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin sayını 13% artıraraq 19,71 milyon nəfərə çatdırıb. Bu dövrdə ümumi oturacaq tutumu 15% artaraq 22,85 milyona yüksəlib. Ümumi uçuş sayı isə 108.553 olaraq qeydə alınıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, ilin ilk yarısında xarici xətlərdə daşınan sərnişin sayı 17% artaraq 12,59 milyona çatıb. Bu istiqamətdə oturacaq tutumu 19% artaraq 14,96 milyon olub. ASK (ödənişli sərnişin kilometr) göstəricisi də 17% artaraq 30,01 milyard kilometrə çatıb. Lakin xarici xətlərdə doluluq nisbəti ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 bənd azalaraq 84,2% səviyyəsində qeydə alınıb.

Daxili xətlərdə də artım müşahidə olunur

Daxili xətlər üzrə sərnişin sayı 6% artaraq 7,12 milyona çatıb. Bu dövrdə daxili reyslər üzrə oturacaq sayı 7% artaraq 7,89 milyon olub. ASK göstəricisi isə 8% artaraq 5,96 milyard kilometrə çatıb. Daxili xətlərdə doluluq nisbəti 90,3% olaraq yüksək səviyyəsini qoruyub, lakin ötən illə müqayisədə 0,5 bənd azalma müşahidə olunub.

Ümumi doluluq nisbəti 86,3%

Pegasus-un 2025-ci ilin ilk yarısında ümumi doluluq nisbəti 86,3% təşkil edib. Bu göstərici ötən illə müqayisədə 1,1 bəndlik azalmaya işarə edir. Eyni dövrdə ümumi ASK göstəricisi 16% artaraq 35,97 milyard kilometrə çatıb. Uçuş başına orta sərnişin sayı isə 182 nəfər olub.

İyun ayında 3,61 milyon sərnişin daşıyıb

2025-ci ilin iyun ayı üzrə məlumatlara görə, Pegasus ötən ilin eyni ayı ilə müqayisədə 10% artım edərək 3,61 milyon sərnişinə xidmət göstərib. Bu ayda oturacaq doluluğu 86,6% ilə sabit qalıb. İyun ayında daxili xətlərdə sərnişin sayı 7% artaraq 1,29 milyona, xarici xətlərdə isə 12% artaraq 2,33 milyona çatıb. Aylıq uçuş sayı isə 19.794 olub.

Oxşar xəbərlər