USD 1.7
30 °C

DİQQƏT: Etiraz məktubu ləğv edilir; Almaniya vizalarında MÜHÜM DƏYİŞİKLİK

İyul 7, 2025 10:36 / 166
DİQQƏT: Etiraz məktubu ləğv edilir; Almaniya vizalarında MÜHÜM DƏYİŞİKLİK
A-
A
A+

2025-ci il iyulun 1-dən etibarən Almaniyaya viza müraciətlərinə dair qaydalarda əhəmiyyətli dəyişiklik qüvvəyə minib. Yeni qərara əsasən, viza müraciətinə rədd cavabı alan şəxslər artıq əvvəlki kimi səfirliyə etiraz məktubu – yəni remonstrasiya göndərə bilməyəcəklər.

cbx-add

Turizmplus.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin qərarına görə, bu dəyişiklik dünyanın bütün ölkələrindən olan müraciətçilərə, o cümlədən Azərbaycan vətəndaşlarına da şamil edilir. Beləliklə, həm Şengen vizası, həm də Almaniyaya məxsus milli viza üzrə rədd cavabı alındıqda qərarın dəyişdirilməsi üçün yalnız iki yol qalır: Berlin İnzibati Məhkəməsinə müraciət etmək və ya yeni, daha dolğun sənədlərlə təkrar viza müraciəti təqdim etmək.

Qeyd edək ki, bu qərar Almaniyanın viza xidmətlərini daha effektiv və sürətli təşkil etmək məqsədi daşıyır. Hazırkı yanaşmaya əsasən, etiraz məktublarına baxılması zamanı yaranan vaxt itkisi və resurs yükünün qarşısı alınacaq.

Mütəxəssislər bu yeniliyin fonunda viza sənədlərinin daha diqqətlə hazırlanmasını, mümkün risklərin əvvəlcədən qiymətləndirilməsini və zərurət yarandıqda hüquqi məsləhət alınmasını tövsiyə edirlər.

Oxşar xəbərlər