USD 1.7
7 °C

RƏSMİ: Türkiyə hotellərində və restoranlarında QİYMƏT ARTIMI

Fevral 4, 2025 10:58 / 69
RƏSMİ: Türkiyə hotellərində və restoranlarında QİYMƏT ARTIMI
A-
A
A+

Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, 2025-ci ilin yanvar ayında inflyasiya bir əvvəlki aya görə yüzdə 5,03, bir əvvəlki ilin dekabrına görə yüzdə 5,03, bir əvvəlki ilin eyni ayına görə yüzdə 42,12 olub.

cbx-add

Əsas xərc qruplarına görə, yanvar ayında ən çox qiymət artımı qeydə alınan sahələrdən biri də yerləşmə və iaşədir. Belə ki, yanvar ayında  Türkiyə hotellərində və restoranlarında 6.50 faiz artım müşahidə edilib.

Ən çox illik qiymət artımı olan qrup isə yüzdə 99,63 ilə təhsil olub. Bu qrupdan sonra 69,80 faizlə mənzil, 55,02 faizlə səhiyyə, 49,18 faizlə restoran və otellər, 41,76 faizlə qida və alkoqolsuz içkilər gəlir.

Restoran və otellərdə qiymətlər bir əvvəlki ilin eyni ayına görə yüzdə 49,18 və 12 aylıq ortalamalara görə yüzdə 72,38 artıb.

Oxşar xəbərlər