ATAA üzvləri üçün Moldovaya info-tur təşkil edilib – FOTOLAR
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının, Moldova Respublikasının Mədəniyyət Nazirliyinin və Turizm Sənayesi İşəgötürənlər Assosiasiyasının birgə təşkilatçılığı ilə bir sıra üzv şirkətlər üçün Moldovaya tanışlıq məqsədli info-tur təşkil edilib.
ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, info-turda Azərbaycanla yanaşı Avropa ölkələrindən və Birləşmiş Ərəb Əmirliyindən ümumilkdə 50-ə yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib.
İnfotur zamanı Moldovanın Kişinyov, Tiraspol və Soroka şəhərlərinə səfərlər təşkil edilib, turizm nümayəndələrinə muzeylər, tarixi-memarlıq abidələri, turistik məkanlar, eləcə də milli mətbəx nümunələri, şərabçılıq mədəniyyəti və şərab zavodları nümayiş olunub.
İnfotur iştirakçıları həmçinin Qaqauziya Muxtar Ərazi Qurumuna səfər edib, buranın əhəlisi və adət-ənənələri ilə yaxından tanış olublar.