“Azərbaycan Hava Yolları” (AZAL) “Sərfəli cümə” kampaniyası çərçivəsində beynəlxalq uçuşlara 25%-dək endirim elan edib.
Turizmplus.az xəbər verir ki, kampaniya çərçivəsində sərnişinlər 25–30 noyabr tarixlərində aviabiletləri daha sərfəli qiymətlərlə əldə edə bilərlər.
Endirimli biletlər 1 dekabr 2026-cı il – 30 aprel 2027-ci il tarixlərində həyata keçiriləcək müntəzəm beynəlxalq uçuşları əhatə edir.
CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram
Kampaniya ekonom (P, X) və biznes (D) sinif aviabiletlərinə şamil olunur.
Qeyd edək ki, endirimli aviabiletlərin sayı məhduddur və kampaniya yüksək tələbat olan dövrlərə şamil edilmir.

