Türkiyənin Titanic Hotels hotel şəbəkəsi Misirin Şarm əl-Şeyx şəhərində yeni hotelin idarə olunması ilə bağlı müqavilə imzalayıb. Bu, şirkətin Misir bazarına ilk girişi olacaq.
Turizmplus.az xəbər verir ki, Titanic Luxury Collection Sharm El Sheikh hotelinin idarəetmə müqaviləsi Misirin Baş naziri Mustafa Mədbulinin iştirakı ilə imzalanıb. Saziş Misirin Gazelle Gayrimenkul və Turizm Yatırımları şirkəti ilə Titanic Hotels arasında bağlanıb.
Bununla yanaşı, tərəflər Misirin digər turizm istiqamətlərində daha üç hotelin idarə olunması ilə bağlı yeni müqavilələr imzalamağı planlaşdırırlar.
Yeni layihələr Titanic Hotels-in beynəlxalq bazarlarda genişlənmə strategiyasının bir hissəsidir və Misirin lüks turizm imkanlarının inkişafına töhfə verməyi hədəfləyir.

