22–24 oktyabr tarixlərində Bakıda Koreya mədəniyyəti və gözəllik ənənələrinə həsr olunan tədbirlər keçiriləcək.
Turizmplus.az xəbər verir ki, tədbirlər İçərişəhərdə, Bakı Fotoqrafiya Evində və Qoşa Qala meydanında təşkil olunacaq.
Proqram çərçivəsində ziyarətçilər “Koreya gözəllik təcrübəsi” layihəsi ilə tanış ola, həmçinin Qoşa Qala meydanında təşkil ediləcək sərgi-satış yarmarkasını ziyarət edə biləcəklər.
Bakı Fotoqrafiya Evində tədbirlərin proqramı belədir:
23 oktyabr
- 10:30–11:30 – Tədbirin rəsmi açılışı;
- 14:00–18:00 – “Koreya gözəllik təcrübəsi” layihəsinin açılışı və layihə proqramı.
24 oktyabr
- 10:00–16:00 – “Koreya gözəllik təcrübəsi” layihəsinin proqramı.
Qoşa Qala meydanında isə 22–24 oktyabr tarixlərində, saat 12:00-dan 18:00-dək mövcud evlərdə məhsulların sərgi və satışı təşkil olunacaq.
Tədbirlər Koreya mədəniyyəti və gözəllik ənənələri ilə tanış olmaq, eləcə də fərqli təcrübələr yaşamaq istəyənlər üçün maraqlı fürsət olacaq.

