ADY Tbilisiyə qatar reyslərinin sayını ARTIRIR: QİYMƏT 36 AZN-dən BAŞLAYACAQ

Oktyabr 2, 2026 11:22 / 73
ADY Tbilisiyə qatar reyslərinin sayını ARTIRIR: QİYMƏT 36 AZN-dən BAŞLAYACAQ
A-
A
A+

Bakı–Tbilisi–Bakı marşrutu üzrə noyabrın 1-dən gündəlik reyslərin sayı 4-ə çatdırılacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, əlavə reyslər nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksələcək.

Yeni reyslərdə standart sinif üzrə biletlərin qiyməti 36 manatdan başlayacaq. Bakıdan Tbilisiyə minimum gediş haqqı isə 54 manat təşkil edəcək.

Əlavə reys üzrə qatar Bakıdan hər gün saat 09:10-da yola düşəcək və 19:11-də Tbilisiyə çatacaq. Tbilisidən əks istiqamətdə qatar saat 22:00-da yola düşəcək və növbəti gün 07:57-də Bakıya çatacaq.

Əlavə reyslərə bilet satışı oktyabrın 2-dən başlayacaq.

Oxşar xəbərlər