“Sabah”ın Çempionlar Liqası oyunlarına VIP biletlər: 1500 AZN-ə NƏLƏR DAXİLDİR?
“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi ev oyunları üçün VIP paket biletləri satışa çıxarılıb.
Turizmplus.az xəbər verir ki, 1500 manat dəyərində olan VIP paket “Sabah”ın “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə keçirəcəyi dörd ev qarşılaşmasına şamil edilir.
VIP paket sahibləri oyunları Bakı Olimpiya Stadionunun VIP sektorundan izləyə biləcəklər. Sektorun xidmətlərinə qidalanma, əyləncə proqramı və DJ çıxışı daxildir.
Qeyd edək ki, əyləncə proqramı yalnız “Slaviya”, “Borussiya” və “Barselona” ilə oyunlar zamanı təşkil olunacaq.

