Turizm şirkətlərinə qarşı kampaniya: Sektor nümayəndələri danışdı

Mart 19, 2026 11:55 / 498
Turizm şirkətlərinə qarşı kampaniya: Sektor nümayəndələri danışdı
A-
A
A+

Son günlər sosial şəbəkələrdə turizm şirkətlərinə qarşı yeni bir kampaniya diqqət çəkir. Belə ki, bəzi tanınmış şəxslər bloggerlər insanları turizm şirkətlərinə müraciət etməməyə, biletləri digər səyahət xidmətlərini özlərinin onlayn şəkildə əldə etməsinə çağırırlar.

cbx-add

Turizm sektorunun nümayəndələri isə bu yanaşma ilə razılaşmadıqlarını bildirərək qeyd edirlər ki, səyahət sadəcə bilet ya otel bron etməkdən ibarət deyil. Onların sözlərinə görə, turizm şirkətləri turistlərin təhlükəsizliyi, hüquqi təminatı fors-major hallarda operativ həll yolları ilə mühüm rol oynayır. Turizmplus.az məsələ ilə bağlı turizm sektorunda çalışan mütəxəssislərin fikirlərini öyrənib.

Səyahət sadəcə bilet almaqdan ibarət deyil”

Yusiko Travel” şirkətinin direktoru Ülkər Suvarova bildirib ki, sosial şəbəkələrdə bəzi bloggerlər səyahəti çox sadə proses kimi təqdim edirlər.

Onun sözlərinə görə, texniki baxımdan bileti digər xidmətləri onlayn şəkildə əldə etmək mümkündür. Lakin səyahət yalnız bilet almaqdan ibarət deyil bu proses böyük məsuliyyət tələb edir.

Suvarova qeyd edib ki, son dövrlərdə regionda baş verən fors-major hadisələr, müharibə uçuşlarla bağlı problemlər zamanı turizm şirkətlərinin rolu daha aydın şəkildə göründü. Belə hallarda turizm şirkətləri beynəlxalq turoperatorlar, aviaşirkətlər digər tərəfdaşlarla birlikdə turistlərin təhlükəsizliyini təmin edib, onların yerləşdirilməsi, alternativ uçuşların təşkili bəzi hallarda biletlərin geri qaytarılması prosesini həyata keçiriblər.

Onun fikrincə, bu fakt turizm şirkətlərinin arxasında geniş peşəkar tərəfdaş şəbəkəsinin sistemli mexanizminin olduğunu göstərir.

Qeyri-rəsmi turlarda məsuliyyət turistin üzərinə düşür”

Galaxy Travel” şirkətində gəlmə turizm departamentinin rəhbəri Cavid Gəraylı isə bildirib ki, son dövrlər sosial media üzərindən “tur təşkilatçılığı” edən şəxslərin sayının artması turizm bazarında həm haqsız rəqabət, həm ciddi risklər yaradır.

Onun sözlərinə görə, rəsmi turizm şirkətləri ilə səyahət zamanı turistlə şirkət arasında hüquqi müqavilə bağlanır hər hansı fors-major hal baş verdikdə məsul tərəf mövcud olur.

Gəraylı qeyd edib ki, blogger ya qeyri-rəsmi şəxslər tərəfindən təşkil olunan turlarda isə belə hüquqi təminat mövcud olmur xoşagəlməz hadisələr zamanı turistlər müdafiəsiz vəziyyətdə qala bilərlər.

O, həmçinin vurğulayıb ki, rəsmi turizm şirkətləri dövlətə vergi ödəyir, işçi saxlayır ölkə iqtisadiyyatına töhfə verir. Qeyri-rəsmi fəaliyyət isə kölgə iqtisadiyyatının genişlənməsinə səbəb olur.

Qeyri-rəsmi turlar haqsız rəqabət yaradır”

Sun-L Travel” şirkətinin rəhbəri Günel Şıxıyeva da bildirib ki, son dövrlərdə sosial şəbəkələrdə turizm sektoru ilə bağlı müxtəlif kampaniyaların tənqidi fikirlərin artması müşahidə olunur.

Onun sözlərinə görə, bəzi bloggerlər tanınmayan etibarlılığı şübhə doğuran platformaları reklam edərək turistləri düzgün istiqamətləndirmirlər. Eyni zamanda bəzi şəxslər rəsmi qeydiyyat, vergi öhdəliyi peşəkar komanda olmadan qrup turları təşkil edirlər ki, bu da bazarda haqsız rəqabət yaradır.

Şıxıyeva hesab edir ki, bu sahədə turizm assosiasiyaları müvafiq qurumlar sosial media nümayəndələrinin maarifləndirilməsi etik reklam prinsiplərinə riayət olunması istiqamətində daha fəal rol oynamalıdır.

Onun fikrincə, turizm şirkətləri yalnız bilet otel satışı ilə məşğul olan vasitəçi qurumlar deyil. Turizm agentlikləri səyahətin planlaşdırılması, viza prosesləri, transfer, marşrut seçimi digər mərhələlərdə turistlərə peşəkar dəstək göstərən komandadır.

Turizmçilər hesab edirlər ki, xüsusilə xarici ölkəyə ilk dəfə səfər edənlər, ailəvi ya qrup şəklində səyahət planlayan turistlər üçün turizm şirkətləri vasitəsilə səfər etmək həm təhlükəsizlik, həm rahatlıq baxımından daha etibarlı seçimdir.

Oxşar xəbərlər