5 ulduzlu “Hacıkənd Resort & Spa” bu tarixdə istifadəyə veriləcək

Yanvar 8, 2026 14:43 / 105
5 ulduzlu “Hacıkənd Resort & Spa” bu tarixdə istifadəyə veriləcək
A-
A
A+

2026-cı ilin mart ayında Gəncədə yeni və möhtəşəm istirahət kompleksi – Hacıkənd Resort & Spa fəaliyyətə başlayacaq. 5 ulduzlu otel statusuna malik olan kompleks bölgənin turizm potensialına mühüm töhfə verməyi hədəfləyir.

cbx-add

Turizmplus.az xəbər verir ki, Hacıkənd Resort & Spa 133 otaq və 29 kottecdən ibarət olacaq. Müasir memarlıq üslubu, yüksək səviyyəli xidmət standartları və komfortlu istirahət imkanları ilə seçilən kompleks qonaqlara xüsusi və yaddaqalan təcrübə vəd edir.

Otelin infrastrukturuna teatr formatında konfrans zalı da daxildir. Bu isə Hacıkənd Resort & Spa-nı təkcə istirahət deyil, eyni zamanda korporativ tədbirlər, təlimlər və işgüzar görüşlər üçün də cəlbedici məkana çevirir.

Kompleksdə 5 ulduzlu otel standartlarına uyğun bütün şərait təmin ediləcək.

Oxşar xəbərlər