Londonun məşhur tikilisi hotelə çevriləcək

shutterstock 641295967 1600x1069 1

Londonda 1965-ci ildə o zamankı baş nazir Harold Wilson tərəfindən açılan və televiziya ötürücüsü kimi istifadə edilən 177 metr hündürlüyündəki «BT Tower» 347 milyon dollara  satılıb.

Turizmplus.az xəbər verir ki, «BT Tower»in (sabiq) sahibi BT «Group»un verdiyi açıqlamada qüllənin «MCR Hotels»ə satıldığı bildirilib. «BT Group» Əmlak Direktoru Brent Mathews qeyd edib ki, uzun illər ölkənin rabitə və televiziyasında həyati rol oynayan «BT Tower», «MCR Hotels» ilə edilən razılaşma əsasında önümüzdəki illərdə yeni məqsədlə istifadə edilməyə başlayacaq.

Qeyd edək ki, əvvəlcə «Post Office Tower» adlandırılan qüllənin yuxarı mərtəbəsində xüsusi restoranı var. London mənzərəli restoranı gəzmək üçün  20 dəqiqədən çox vaxt lazımdır.

Menecerlər