Azərbaycan Türkiyədə keçirilən “EMITT — 2024” sərgisində təmsil olunur

424583094 705923808379566 334243028399737309 n
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul şəhərində keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT — 2024”) nümayiş etdirilir.

DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, fevralın 9-dək davam edəcək sərgi çərçivəsində milli stenddə 6 turizm şirkəti, 2 hotel qrupu və «Azərbaycan Hava Yolları» QSC təmsil olunur.

Sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensiallı məkanları, qastroturizm, şərabçılıq, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş «Xınalıq və Köç Yolu” mədəni landşaftı daxil olmaqla maddi-mədəni irs nümunələri, eləcə də işgüzar turizm imkanları haqqında geniş məlumat verilir, Türkiyə və digər ölkələrdən olan turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.

Qeyd edək ki, Türkiyə 2023-cü ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə 2-ci yerdə qərarlaşıb. Ötən il ərzində Türkiyədən ölkəmizə 378 204 nəfər olmaqla 2019-cu il rəqəmlərindən 19 faiz daha çox ziyarətçi gəlib.

Menecerlər