Turizmçilər üçün Avropa istiqamətinə növbəti info-tur — MƏLUMAT

lt

“Alean Company” tur-operatorunun təşkilatçılığı ilə Litvaya info-tur keçiriləcək.

Turizmplus.az xəbər verir ki, 14-19 aprel tarixlərində keçiriləcək «fam trip»də yalnız turizmçilər iştirak edə bilər. İştirak haqqı 199 AVRO təşkil edir. Qiymətə daxildir:

— 4 gecə Druskininkai şəhərində FB proqramı üzrə yerləşmə. Bizləri otel ilə tanışlıq, tibbi heyətlə görüş, baş həkim ilə maarifləndirici seminar, tibbi prosedurların qəbulu, SPA mərkəzindən istifadə gözləyir .
— 1 gecə Vilnusda yerləşən hotellərin birində BB proqram üzrə yerləşmə .
— Vilnusda ekskursiya proqramı.
— Fam Trip proqramı üzrə transfer xidməti.

Yerləşmə iki nəfərlik otaqlar üzrə baş tutacaqdır. Qiymətə aviabilet, viza, siğorta xərcləri daxil deyil. Viza iştrakçılar tərəfindən təşkil edilir.

İştrakla bağlı istək sorğunuzu [email protected] elektron ünvanına və ya +994702900770 (Whats app) nömrəsinə göndərməyiniz xahiş olunur.

 

Menecerlər