Turizmçilər üçün Avropanın 2 ölkəsinə «fam trip» təşkil olunacaq

hungary tourism 310123

“Alean Company” tur-operatorunun təşkilatçılığı ilə Macarıstan-Slovakiya istiqamətində «Fam Trip» keçiriləcək.

Turizmplus.az xəbər verir ki, reklam turu 24-28 fevral tarixlərində yalnız turizm agentliklərində çalışanlar üçün baş tutacaq. İştirak haqqı 260 avro təşkil edir. Qiymətə daxildir:

— 4 gecə Xeviz və Piestany şəhərlərində HB proqramı üzrə yerləşmə. Hotel ilə tanışlıq, tibbi heyətlə görüş, baş həkim ilə maarifləndirici seminar, welness prosedurlarını və SPA mərkəzindən istifadə.
— Fam Trip proqramı üzrə transfer xidməti.

Yerləşmə iki nəfərlik otaqlar üzrə baş tutacaqdır.

Qiymətə aviabilet, viza, siğorta xərcləri daxil deyil. Viza iştirakçılar tərəfindən təşkil edilir.

İştirakla bağlı istək sorğunuzu [email protected] elektron ünvanına və ya +994702810770 (Whatsapp) nömrəsinə göndərməyiniz xahiş olunur.

Menecerlər