Antalya turizmində rekord statistika — 16 MİLYON TURİST

things to do in Antalya

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən açıqlamaya görə, dünyanın ən çox ziyarət edilən turizm mərkəzlərindən biri olan Antalya ötən il turizmdə bütün zamanların rekordunu qırıb.

Turizmplus.az xəbər verir ki, 2023-cü ildə Antalyaya beynəlxalq reyslərdən 15 milyon 689 min 258 turist, müxtəlif hava limanlarından transferlərlə 395 min 479 sərnişin gəlib.

Belə ki, 2023-cü ildə Antalyaya hava yolu ilə 16 milyon 84 min 737 turist gəlib.

Qeyd edək ki, Antalyaya ən çox turistin gəldiyi ölkə Rusiya olub.

Rusiyanı Almaniya, İngiltərə, Polşa, Hollandiya, Qazaxıstan, Rumıniya, Çexiya, İsrail və Ukrayna izləyib.

Menecerlər