«Boeing» təyyarələrinin bu modeli uçuşlardan çıxarılıb — SƏBƏB

737 MAX 9 Alaska Airlines 2000px 1024x733 1

Bir neçə il əvvəl 737 Max-ın iki variantının iştirakı ilə baş verən ölümcül qəzalardan sonra yüzlərlə təyyarəsi uçuşdan çıxarılan ABŞ-ın təyyarə istehsalçısı «Boeing» indi də təyyarənin gövdəsindən qopan qapı ilə gündəmdədir.

Turizmplus.az xəbər verir ki, Alyaska Hava Yollarına məxsus Boeing 737 Max 9 təyyarəsi havaya qalxdıqdan 35 dəqiqə sonra təxminən 5000 metr yüksəklikdə pəncərə də daxil olmaqla gövdə parçasının qopmasından sonra Portlenddə təcili eniş etməli olub. Təyyarədə 171 sərnişin və 6 ekipaj üzvü olub.

Hadisədən sonra ABŞ, Latın Amerikası, Türkiyə və Aİ də daxil olmaqla, bütün dünyada onlarla Boeing 737 Max 9 tipli sərnişin təyyarəsi uçuşdan çıxarılıb.

Qeyd edək ki, ABŞ-da donanmasında ən çox 737 Max 9 tipli təyyarəyə sahib olan aviaşirkətlər United və Alaska Airlines-dir. Dünyada Türk Hava Yolları, Panama Copa Hava Yolları və Meksikanın Aeromexico hava yolları liderlik edir.

Menecerlər