«Şahdağ» Turizm Mərkəzində Yeni İl paketləri və qiymətləri — TƏQDİMAT

318422650 530456952454004 75521287770148382 n

31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ərəfəsində turizm məhsullarının satışında, eyni zamanda turizm obyektlərində aktivlik nümayiş olunur. Turizm menecerlərinin verdiyi məlumata görə, artıq bir çox müştərilər bayram günlərində səfərlərin və yerləşəcəkləri hotellərin planlamasını ediblər.

Turizmplus.az xəbər verir ki, həm yerli həm də xarici turistlərin seçimləri arasında Azərbaycanda yerləşən qış turizmi kurortları əsas yerlərdən birini tutur. Seçimlər zamanı insanların üstünlük verdiyi əsas amillərdən biri də qiymətlərdir.

Azərbaycanda fəaliyyət göstərən 3 qış turizm mərkəzindən biri — «Şahdağ» Turizm Mərkəzi bayram günlərində yerləşmə və digər əyləncələr üçün paket qiymətlərini açıqlayıb. Qiymətlər kompleks ərazisində yerləşdiyi hotel, otaq tipi və qidalanmaya əsasən, minimum 1065 AZN-dən başlayır və maksimum 2820 AZN-dək yüksəlir.

Qiymətlər «Şahdağ» Turizm Mərkəzində yerləşən «Shahdag Hotel&SPA» və «Zirve Hotel» və «Gaya Residences» hotellərinə aiddir.

Qeyd edək ki, bayram ərəfəsində və 31 dekabr günü adıçəkilən mərkəzdə möhtəşəm şou proqram və müxtəlif əyləncələr baş tutacaq.

Qiymətlər və xidmətlər barədə ətraflı məlumat almaq üçün klikləyin.

Menecerlər