“PAŞA Travel” və “Georgian Wings” aviaşirkəti arasında strateji tərəfdaşlıq üzrə müqavilə imzalanıb

c760d94e 78aa 46e9 b66c aae1e03a4c70

Fərdi səyahətlərin işgüzar turizm həllərinin təşkilində ixtisaslaşmış turizm şirkətiPAŞA Travel”   Gürcüstanın məşhur Geosky aviaşirkətinin sərnişin bölməsi “Georgian Wings” arasında strateji tərəfdaşlığa dair müqavilə imzalanıb.

«Paşa Travel»dan Turizmplus.az saytına verilən məlumata görə, bu yeni tərəfdaşlıq müstəsna səyahət xidmətləri təqdim etməyə müştərilərə unudulmaz təəssüratlar bəxş etməyə istiqamətlənmiş iki dinamik şirkətin bir araya gəlməsini ifadə edir. Monteneqro Misir kimi məşhur turizm istiqamətləri üzrə tur operator fəaliyyəti göstərən PAŞA Travel” Gürcüstan istiqamətində yeni təcrübələr təqdim edəcək.

Qeyd olunan strateji tərəfdaşlıq müqaviləsi çərçivəsində, “Georgian Wings” aviaşirkəti, fəaliyyət dairəsini genişləndirərək Gürcüstanın Tbilisi şəhərindən Azərbaycanın Bakı şəhərinə əks istiqamətə birbaşa uçuşlar həyata keçirməyə başlayacaqdır.

Bu əməkdaşlıq hər iki şirkətin geniş təcrübəsindən istifadə edərək səyahətçilərə, səhayətlərini planlaşdırmadan icraya qədər qüsursuz səyahət təklif edəcəkdir.

PAŞA Travel şirkətinin rəhbəri cənab Bəhruz Əsgərov əməkdaşlığa həvəslə yanaşdığını bildirib:

«Biz müştərilərimizə səyahət təcrübələrini artırmaları üçün “Georgian Wings” ilə güclərimizi birləşdirməkdən məmnunuq. Bu əməkdaşlıq bizə daha geniş istiqamətlər xidmətlər təklif etməyə imkan verəcək«.

“Georgian Wings”ın baş direktoru cənab Edison Pipia isə bildirib ki:

«Biz, fərdi səyahət təcrübələrində lider olan PAŞA Travel ilə strateji əməkdaşlıq qurmaqdan çox məmnunuq. Bu əməkdaşlıq, nəinki xidmətlər üzrə təkliflərimizi genişləndirir, həm sərnişinlərimiz üçün rahat yaddaqalan səyahət seçimlərini təmin etmək vizyonumuzla mükəmməl şəkildə uyğunlaşır.”

PAŞA Travel “Georgian Wings” arasındaəməkdaşlıq, keyfiyyət, rahatlıq fərdi xidmətə diqqət yetirməklə turizm anlayışını yenidən kəşf etmək məqsədi daşıyır. Bu strateji tərəfdaşlıq səyahət edənlər üçün uçuşlarını güvənli, sərfəli rahat həyata keçirməyi təmin edəcəkdir.  

Menecerlər