Türkiyədə turistləri daşıyan avtobusun oğurluq olduğu məlum olub

calinti tur otobusu

Bursansanın Nilüfer rayonundan Anıtkabirə 40 sərnişini aparan tur avtobusu İnegöldə polis tərəfindən saxlanılıb.

Turizmplus.az xəbər verir ki, polis qrupları tərəfindən aparılan araşdırmalarda tur avtobusunun bir həftə əvvəl Vanda oğurlandığı üzə çıxıb.

Avtobus polis qruplarının nəzarəti altında İnegöl Şəhərlərarası Avtovağzalına aparılıb.

Sərnişinlər avtobusdan endirildikdən sonra avtobus evakuatorun köməyi ilə təhlükəsizlik dayanacağına aparılıb. Tur şirkəti məlumatlandırılıb.

Menecerlər