Özbəkistanda “Azərbaycan-Özbəkistan, Yenilənmiş İpək Yolu Turizm Destinasiyası” layihəsi təqdim edilib

WhatsApp Image 2023 11 23 at 18.49.42 32f7fbf4

«TİTF 2023» sərgi günləri çərçivəsində «Green Apple MİCE and Leisure Travel Azerbaijan» və  Özbəkistanın «Fly Khiva Group» şirkətləri birgə “Azərbaycan-Özbəkistan, Yenilənmiş İpək Yolu Turizm Destinasiyası” layihəsini təqdim etmə mərasimi keçirilib.

Turizmplus.az xəbər verir ki, qarşılıqlı danışıqlar zamanı «Fly Khiva Group» şirkətinin nümayəndələri Özbəkistanın Daşkənd, Səmərqənd, Fərqanə, Urgenc şəhərlərindən Bakıya müntəzəm reyslərin sayının artırılması və ya yeni uçuşların açılmasında maraqlı olduqlarını bildirib.

Bundan əlavə «Green Apple MİCE and Leisure Travel Azerbaijan» şirkətinin nümayəndələri  Səmərqənd və Urgənc şəhərlərində olub, biznes görüşləri çərçivəsində yuxarıda adıçəkilən layihəni bu şəhərlərdə fəaliyyət göstərən sahibkarlara da təqdim ediblər.

WhatsApp Image 2023 11 23 at 19.01.33 0f568843 2

WhatsApp Image 2023 11 23 at 18.50.28 575f3865

WhatsApp Image 2023 11 23 at 19.01.41 f62df63d

Menecerlər