AZAL Dubayın turizm məkanlarında sərnişinlərə endirimlər təqdim edir

IMG 2421

Azərbaycanın milli aviadaşıyıcısı ilə 15 noyabr 2023-cü il tarixindən 31 mart 2024-cü il tarixinədək Dubaya səyahət edən sərnişinlər BƏƏ-nin ən böyük şəhərinin məşhur turizm və əyləncə məkanlarında endirimlərdən yararlana bilərlər.

Turizmplus.az xəbər verir ki, AZAL-ın müştəriləri Dubaydakı «Dolphin Bay» delfinariyası və «The Lost Chambers» okeanariumunda 15%, «The View at the Palm» baxış meydançası və «AYA Universe» muzeyində isə 20% endirim əldə edə bilərlər.

Endirimdən yararlanmaq üçün AZAL sərnişinləri qeyd olunan məkanları ziyarət edərkən minik talonu və pasportlarını təqdim etməlidirlər.

Qeyd edək ki, təklif yalnız birdəfəlik istifadə üçün keçərlidir və BƏƏ-nin dövlət bayramları zamanı tətbiq edilmir.

Menecerlər