Turizmçilər Azərbaycanı təmsil etmək üçün «Travel Expo Ankara» sərgisinə yola düşür

IMG 2369

Noyabrın 16-19-u tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində «Travel Expo Ankara» turizm sərgisi baş tutacaq.

Turizmplus.az xəbər verir ki, sərgidə iştirak etmək məqsədilə Azərbaycan turizm sənayesinin nümayəndələri Ankara şəhərinə yola düşüb. Nümayəndə heyətində turizm Assosiasiyalarının rəhbərləri, turizm şirkətlərinin direktorları və jurnalistlər təmsil olunur.

Qeyd edək ki, mədəni turlar, termal və sağlamlıq turizmi, qış turizmi və kampinq turizmi kimi xüsusi bölmələrin yer aldığı bu interaktiv sərgidə Türkiyənin tanınmış şirkətləri ilə yanaşı dünyanın müxtəlif ölkələrindən gələn turizmçilər də iştirak edəcək.

Sərgi barədə geniş reportaj növbəti günlərdə Turizmplus.az saytında yayımlanacaq.

Menecerlər