«BTB tours» Azərbaycanda tur-operator fəaliyyətini dayandırır? — CAVAB

297760575 3226144324340331 3479881342611361737 n 1

Son günlərdə beynəlxalq «BTB tours» tur-operatorunun Azərbaycanda fəaliyyətini dayandıracağına dair xəbərlər yayılıb.

Turizmplus.az bununla bağlı tur-operatora sorğu ünvanlayıb. Tur-operatorun Azərbaycan nümayəndəliyindən saytımıza verilən xəbərə görə, deyilənlər həqiqətə uyğundur. «BTB MMC» şirkəti fəaliyyətini dayandıracaq və tur-operatorun nümayəndəliyi kimi fəaliyyət göstərməyəcək. Sorğuları yalnız onlayn qaydada icra etmək mümkün olacaq.

O da qeyd edilib ki, beynəlxalq tur-operator DMC olaraq fəaliyyətini davam etdirir və yeni seçilən bir şəxs şirkətin Azərbaycanda nümayəndəsi olacaq.

Menecerlər