AZAL-dan bu şəxslərə güzəştli ENDİRİMLƏR

AZAL Tələbə endirimi

Azərbaycanın milli aviadaşıyıcısı Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edir. Tələbələr üçün endirimlər aviaşirkətin Bakıdan Türkiyə şəhərlərinə və əks istiqamətə yerinə yetirilən reyslərinə şamil olunur

Turizmplus.az xəbər verir ki, endirimli aviabiletlərin bronlaşdırılması üçün aviaşirkətin çağrı mərkəzinə ([email protected]) müraciət etmək lazımdır. Güzəştli aviabiletlərin rəsmiləşdirilməsi üçün yaşayış icazəsini təqdim etmək zəruridir.

Sentyabrın 30-da turizmçilər bu məkanda bir araya gələcək — MƏLUMAT

Aviabiletlərin bronlaşdırılması planlaşdırılan gediş tarixindən ən gec 14 gün əvvəl həyata keçirilməlidir. Tələbələrə səyahətlərini əvvəlcədən planlaşdırmaq və qeyd edilmiş vaxt ərzində biletləri bron etmək tövsiyə olunur.

Tələbələr bu təklifdən ildə iki dəfə yararlana bilərlər ki, bu da təhsil müddətində səyahət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı verəcək.

Qeyd edək ki, yaxın gələcəkdə “Azərbaycan Hava Yolları” digər xarici ölkələrdə təhsil alan tələbələr üçün də xüsusi endirimli tariflər tətbiq etməyi planlaşdırır.

 

Menecerlər